Növbəti hərracda daha 71 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Növbəti hərracda daha 71 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb Hərraca çıxarılan əmlakın 27-si kiçik dövlət müəssisəsidir
Biznes
13 Fevral , 2017 13:51
Növbəti hərracda daha 71 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac martın 14-də keçiriləcək və burada satışa 71 dövlət əmlakı çıxarılıb.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, hərraca çıxarılan əmlakların 27-i kiçik dövlət müəssisəsi, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətlər, 8-i isə nəqliyyat vasitəsidir.

Belə ki, bu tarixdə özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti paytaxtda olmaqla yanaşı Lənkəran, Gəncə, Cəlilabad və digər bölgələrdə yerləşir. Lənkəran şəhərində hərraca çıxarılan anbarın ümumi faydalı sahəsi 263.9 kv.metr təşkil edir.

Bu dəfəki hərracda 20 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, tikinti, məişət, nəqliyyat, istehsal, inşaat və.s sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azərmetalinvest”, “Azərinterservis”, “Goranboy sənaye inşaat”, “Kürdəmir Kəndkimya Təchizat”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Oğuz Kəndkimya” kimi səhmdar cəmiyyətlər var.

Hərraca çıxarılan qeyri-yaşayış obyektlərindən 14-ü paytaxtda, digərləri Gəncə və Mingəçevir şəhərlərində yerləşir. Bu obyektlər içində yüksək start qiyməti ilə seçilən əmlak paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Əmlaka 400 min manat ilkin satış qiyməti təyin olunub. Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyekti 30 min manata, Mingəçevir şəhərində yerləşən oxşar obyekt isə 10 min manata təklif olunur.

Son xəbərlər

Orphus sistemi