Norveç Azərbaycana antifriz ixracını bərpa edib
- 23 avqust, 2022
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana xaricdən 2,1 milyon ABŞ dolları dəyərində 1 min 504 ton antifriz gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,1 % çoxdur, kəmiyyət olaraq – 18,3 % azdır.
Hesabat dövründə Rusiyadan 497 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 34,6 % azalıb) 535 ton (-45,8 %), Almaniyadan 407 min ABŞ dolları dəyərində (-2,6 %) 155,1 ton (-13,4 %), Türkiyədən 345 min ABŞ dolları dəyərində (+2 dəfə) 192 ton (+70,5 %), Ukraynadan 325 min ABŞ dolları dəyərində (+59 %) 359,9 ton (+10 %), Belçikadan 275 min ABŞ dolları dəyərində (+83 %) 103,6 ton (+32 %) məhsul idxal edilib.
Üç il 3 aylıq fasilənin ardından Norveçdən tədarük bərpa edilib. Bu ölkədən 3 min ABŞ dolları dəyərində 0,4 ton antifriz alınıb.