“Nokia” Gürcüstan bazarına çıxmaq istəyir

“Nokia” Gürcüstan bazarına çıxmaq istəyir Finlandiyanın “Nokia” korporasiyası Gürcüstan bazarına daxil olmaq istəyir
Biznes
16 Aprel , 2021 11:23
“Nokia” Gürcüstan bazarına çıxmaq istəyir

Finlandiyanın “Nokia” korporasiyası Gürcüstan bazarına daxil olmaq istəyir.

“Report”un yerli bürosu xəbər verir ki, bu məsələ Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyində şirkətin regional vitse-prezidenti Miko Lavanti ilə keçirilən görüşdə müzakirə olunub.

Nazirlik nümayəndələri şirkət rəsmisini Gürcüstanda informasiya texnologiyaları sahəsindəki hazırkı vəziyyət, həmçinin rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində qəbul olunan qərarlar barədə məlumatlandırıblar.

Qeyd edilib ki, Gürcüstanın bölgədə rəqəmsal haba çevrilmək planları var və bunun üçün bir sıra proqramlar reallaşdırılır.

Son xəbərlər

Orphus sistemi