​Nizami rayonunda "Rahat" marketlər şəbəkəsinin 26-cı filialının açılışı olub - FOTO

​Nizami rayonunda "Rahat" marketlər şəbəkəsinin 26-cı filialının açılışı olub - FOTO Şirkət ilin sonuna kimi marketlərin sayını 35-ə çatdırmağı hədəfləyib
Biznes
16 Oktyabr , 2015 14:13
​Nizami rayonunda Rahat marketlər şəbəkəsinin 26-cı filialının açılışı olub - FOTO

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün “Rahat” marketlər şəbəkəsinin 26-ci filialının açılışı olub.

“Report”un məlumatına görə, marketlər şəbəkəsinin budəfəki filialı Bakının Nizami rayonu, Qara Qarayev küçəsi 74 ünvanında Neftçilər metrosunun çıxışı, köhnə Metro Ticarət mərkəzinin yerində açılıb.

"Rahat" marketlər şəbəkəsinin direktor müavini Ruslan Ağayev açılışda bildirib ki, yeni istifadəyə verilən “Rahat” ticarət mərkəzinin ümumi sahəsi 800 kvadratmetrdir. Hazırda marketdə müştərilərə 35 min çeşidə yaxın məhsul təqdim olunur. Filialda qida məhsulları ilə yanaşı, ətriyyat, optika, geyimlərin satışı da həyata keçiriləcək. Bununla yanaşı, marketdə xüsusi olaraq “Rahat mebel” satışı da təşkil olunacaq. "Bu, Nizami rayonu ərazisində artıq ikinci layihəmizdir. Bundan sonra bu ərazidə daha 3 marketin açılmasını planlaşdırırıq", - R.Ağayev deyib.
İlin sonuna kimi “Rahat" marketlər şəbəkəsinin yeni filiallarının da açılmasını planlaşdırdıqlarını deyən R.Ağayev oktyabrın 23-də Bərdə şəhərində növbəti marketi istifadəyə verəcəklərini bildirib: "Bundan başqa Yasamal rayonu, Həsən Əliyev (keçmiş İnqilab) küçəsində də filialların açılması gözlənilir. 
İlin sonuna kimi marketlərin sayını 35-ə çatdırmağı planlayırıq".

Hazırda Abşeron rayonunda, Sumqayıt, Biləcəri ərazisində, Mingəçevir, Ucarda "Rahat" marketlər fəaliyyət göstərir. 

"Rahat" marketlər şəbəkəsinin ümumi strategiyası əhalinin aşağı və orta təbəqəsinə xitab etməkdir. Çox yuxarı qiymətlərlə işləmirik, həftəlik endirimli aksiyalarımız olur. Cənab Prezidentin bütün sahibkarların qarşısında vəzifə kimi qoyduğu, insanların qeydinə qalmaq prinsipi əsasında işimizi qururuq" - deyə, R.Ağayev əlavə edib.

Qeyd edək ki, "Rahat" marketlər şəbəkəsi pərakəndə ticarət bazarında 2009-cu ildən fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi