Nijniy Novqoroddan Azərbaycana meşə materiallarından hazırlanan məmulatlar ixrac edilib

Biznes
  • 01 sentyabr, 2024
  • 13:46
Nijniy Novqoroddan Azərbaycana meşə materiallarından hazırlanan məmulatlar ixrac edilib

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") Nijniy Novqorod vilayətindən Azərbaycana meşə materiallarından (iynəyarpaqlı və yarpağını tökən ağac növlərindən) hazırlanan məmulatlar ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə “Rosselxoznadzor" məlumat yayıb.

Bildirilib ki, bu il avqustun 1-dən 28-dək Nijni Novqorod vilayəti və Mari El Respublikası üzrə "Rosselhoznadzor" İdarəsi tərəfindən Nijni Novqorod vilayətindən meşə materiallarında hazır məhsulların ixracına nəzarət edib.

Ağac məmulatları Azərbaycanla bərabər, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan, Çin və Türkiyə kimi ölkələrə ixrac edilib.

Məlumatda qeyd edilib ki, 860 ədəd bərkidici material, 536 ton həcmində dondurma çubuqları və 45 kubmetr həcmində digər meşə materiallarından hazır məhsullar ixrac edilib.

Laboratoriya ekspertizası məhsullarda karantin zərərli orqanizmlərin olmadığını və idxalçı ölkələrin karantin fitosanitar tələblərinə uyğun olduğunu təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan bu ilin ilk yarısında Rusiyadan 28,8 milyon ABŞ dolları dəyərində 136 min kubmetr meşə materialları tədarük edib. Bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 34 % azdır.

44 filmi