Niderlandın ticarət missiyası Azərbaycana səfər edəcək

Niderlandın ticarət missiyası Azərbaycana səfər edəcək Bu ilin iyul ayında Niderland Krallığından Azərbaycana su sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndəlindən ibarət ticarət missiyası səfər edəcək.
Biznes
15 May , 2024 17:31
Niderlandın ticarət missiyası Azərbaycana səfər edəcək

Bu ilin iyul ayında Niderland Krallığından Azərbaycana su sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndəlindən ibarət ticarət missiyası səfər edəcək.

Bunu "Report"a Niderland Krallığının Azərbaycandakı səfirliyinin baş müşaviri Şəhla Balakişiyeva deyib.

Onun sözlərinə görə, iyulda Niderland Krallığının su məsələləri üzrə səfiri Meike van Ginneken Azərbaycana gələcək: "Sözügedən ticarət missiyası səfirin səfəri çərçivəsində təşkil ediləcək".

"Niderlandın su şirkətləri Azərbaycanda 2000-ci ilin əvvəllərindən aktivdirlər. Biz onların burda daha da fəal olmağını istəyiik, ona görə də ticarət missiyası təşkil olunacaq", -deyə Ş. Balakişiyeva qeyd edib.

O əlavə edib ki, Bakıda Su İnnovasiya Forumun təşkili nəzərdə tutulur: "Niderland öz bilik və bacarıqlarını forumda panel müzakirələri çərçivəsində paylaşmaq istəyir".

Ş. Balakişiyeva həmçinin bildirib ki, Niderland kənd təsərrüfatı sektorunda dünyada əsas ölkələrdən biridir və Azərbaycanda bu sahədə iş görməkdə maraqlıdır.

Son xəbərlər

Orphus sistemi