Niderland Azərbaycana heyvanlar üçün vaksin ixracını 45 dəfə artırıb
- 19 may, 2022
- 06:01
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-mart aylarında Azərbaycan 4,17 milyon ABŞ dolları dəyərində 30,86 ton baytarlıq vaksini idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 97 %, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.
Hesabat dövründə Ukraynadan 1,28 milyon ABŞ dolları dəyərində 7,16 ton, Türkiyədən 997,02 min ABŞ dolları dəyərində 8 ton, Niderlanddan 421,86 min ABŞ dolları dəyərində 1,34 ton, İtaliyadan 374,42 min ABŞ dolları dəyərində 7,13 ton, İsraildən 320,05 min ABŞ dolları dəyərində 1,58 ton məhsul gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 85 dəfə və 11,2 dəfə, Türkiyədən – 37,1 % və 8 dəfə artıb, Niderlanddan – 4,4 dəfə və 45 dəfə, İtaliyadan – 4,2 dəfə və 6,3 dəfə, İsraildən – 61 % və 20 % artıb.
Qeyd edək ki, ötən il Azərbaycan xaricdən (23 ölkə) 8,342 milyon ABŞ dollarlıq heyvanlar üçün vaksin alıb ki, bunun da 25 %-i Türkiyənin, 15 %-i Fransanın, 14 %-i İsrailin, 9 %-i Niderlandın payına düşüb.