Nəsimi bazarının mənfəəti 8 dəfə azalıb

Nəsimi bazarının mənfəəti 8 dəfə azalıb Bakı. 3 iyul. REPORT.AZ/ “Nəsimi bazarı” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 748 min manat təşkil edib.“Report” bazarın maliyyə hesabatına i...
Biznes
3 İyul , 2017 10:09
Nəsimi bazarının mənfəəti 8 dəfə azalıb

Bakı. 3 iyul. REPORT.AZ/ “Nəsimi bazarı” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 748 min manat təşkil edib.

“Report” bazarın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1% çoxdur.

Aktivlərin artması təxminən 8 min manatlıq öhdəliyin yaranması ilə əlaqədardır. Bazarın cəmi kapitalı (həm də nizamnamə kapitalı) 741 min manat olaraq qalıb.

2016-cı ildə “Nəsimi bazarı”nın gəlirləri 235 min manat (2015-ci ilə nisbətən 22,6% az), xərcləri isə 227 min manat (6,45% az) təşkil edib. Son nəticədə bazarın vergiyəqədərki mənfəəti təxminən 8 min manat olub ki, bu da illik müqayisədə 7,5 dəfə azdır.

Ötən il “Nəsimi bazarı” 1,6 min manat mənfəət vergisi ödəyib və hesabat dövrünü 6,5 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Nəsimi bazarı” ASC 2002-ci ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi