“Neftqazmaş” səhmdarlarına hesabat verəcək

Biznes
  • 06 may, 2023
  • 06:08
“Neftqazmaş” səhmdarlarına hesabat verəcək

İyunun 19-da, saat 17.00-da “Neftqazmaş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 29 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin idarəetmə orqanlarının 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi, nizamnaməsinə dəyişiklik edilməsi, mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.