Nazir müavini: "Sosial-iqtisadi inkişaf strategiyamız DİM-ə inteqrasiya edilib"

Nazir müavini: "Sosial-iqtisadi inkişaf strategiyamız DİM-ə inteqrasiya edilib" “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təsdiq olunmuş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) inteqrasiya edilib.
Biznes
14 Mart , 2024 10:49
Nazir müavini: Sosial-iqtisadi inkişaf strategiyamız DİM-ə inteqrasiya edilib

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təsdiq olunmuş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) inteqrasiya edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" mövzusunda forumda bildirib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “yüksək keyfiyyətli ekoloji mühit” və ”yaşıl enerji” milli inkişaf prioritetləri seçilib, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məhz “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilib. Növbəti orta müddətli dövrdə tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20 %-ə çatdırılması, o cümlədən regionlarda 10 % təşkil etməsi, tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi sisteminin təkmilləşdirilməsi yolu ilə ehtiyatlara qənaət və bərpa edilməsi potensialının artırılması kimi hədəflər də qoyulub", - deyə o qeyd edib.

"Strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 5 % artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 %-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85 % artırılması hədəflənir. Strategiyada işğaldan azad edilmiş torpaqların reinteqrasiyası, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. “Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat, müasir həyat şəraitini təmin edir. Bu ərazilərdə “yaşıllaşma və karbonsuzlaşma” sahəsində yerli və xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb", - deyə nazir müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi