Nazir: "Gələn il məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritetlərdən biri olacaq"

Nazir: "Gələn il məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritetlərdən biri olacaq" 2025-ci ildə Azərbaycanda məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritet istiqamətlərdən biri olacaq.
Biznes
26 Noyabr , 2024 17:45
Nazir: Gələn il məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritetlərdən biri olacaq
Sahil Babayev

2025-ci ildə Azərbaycanda məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritet istiqamətlərdən biri olacaq.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, gələn il ölkədə Məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət üzrə vahid elektron informasiya sistemi, səyyar monitorinq alt sistemi, Elektron Əmək Birjası və Yarmarkası üzrə işlər tamamlanacaq: "Bu elektron xidmətlər ölkənin bütün insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyyə keçirəcək, inzibati ərazi vahidləri üzrə əsas məşğulluq, demoqrafik, peşə ixtisasları və əmək ehtiyatları balansı göstəricilərini, qeyri-formal məşğulluq sahəsində nəzarət və risk əsaslı yoxlamaları barədə məlumatları, təlim, peşə yönümü və peşə hazırlığı fəaliyyətinin onlayn müstəviyə daşınması nəticəsində əmək bazarının rəqəmsal ekosistemini formalaşdıracaq”.

Son xəbərlər

Orphus sistemi