Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR xarici ölkələri ilə 325,495 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
25 Sentyabr , 2019 14:55
Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR xarici ölkələri ilə 325,495 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,875 min dollar və yaxud 2,5% çoxdur.

Son 1 ildə muxtar respublikada ixracın dəyəri 570 min dollar və yaxud 0,2% artaraq 285,765 min dollar, idxalın dəyəri isə 7,305 min dollar və yaxud 22,5% artaraq 39,73 min dollar təşkil edib. 

Son nəticədə 8 ay ərzində xarici ticarətdə 246,035 min dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,734 min dollar və yaxud 2,7% azdır.

Son xəbərlər

Orphus sistemi