Naxçıvanın xarici ticarət dövriyyəsi artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi artıb Xarici ticarətdə 189,4 milyon ABŞ dolları dəyərində müsbət saldo yaranıb k
Biznes
269
12 Avqust , 2020 12:41
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-nın xarici ticarət dövriyyəsinin dəyəri 256 mln 878,1 min ABŞ dolları təşkil edib.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin müvafiq dövründəki göstəricidən 3,5 milyon ABŞ dolları və yaxud 1,4% çoxdur.

Yeddi ay ərzində muxtar respublikanın ixracının dəyəri 223 mln 138,9 min ABŞ dolları (illik müqayisədə 1,5 milyon ABŞ dolları və yaxud 0,7% çox), idxalının dəyəri isə 33 mln 739,2 min ABŞ dolları (1,9 milyon ABŞ dolları və yaxud 6,2% çox) olub.

Son nəticədə, xarici ticarətdə 189,4 milyon ABŞ dolları dəyərində müsbət saldo yaranıb ki, bu da 0,4 milyon ABŞ dolları və ya 0,2% azalma deməkdir.

Son xəbərlər

Orphus sistemi