Naxçıvanda yanvarda vergi ödəyicilərinə xidmət mərkəzlərində 3 min şəxs qəbul edilib

Naxçıvanda yanvarda vergi ödəyicilərinə xidmət mərkəzlərində 3 min şəxs qəbul edilib Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 3 149 şəxs qəbul edilib.
Biznes
9 Fevral , 2024 15:26
Naxçıvanda yanvarda vergi ödəyicilərinə xidmət mərkəzlərində 3 min şəxs qəbul edilib

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 3 149 şəxs qəbul edilib.

Bu barədə "Report"un yerli bürosuna qurumdan məlumat verilib.

Məlumata görə, xidmət strukturları vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 4 619 xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi