Naxçıvanda vergidə könüllü fəaliyyətə dair növbəti mərhələ elan olunub

Naxçıvanda vergidə könüllü fəaliyyətə dair növbəti mərhələ elan olunub “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq Naxçıvanda vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunub.
Biznes
20 fevral 2024 13:42
Naxçıvanda vergidə könüllü fəaliyyətə dair növbəti mərhələ elan olunub

“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq Naxçıvanda vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunub.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərəcək vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün 1 mart 2024-cü il tarixinədək quruma müraciət edə bilərlər.

Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları ünvana uyğun aparılacaq.

Son xəbərlər

Orphus sistemi