Naxçıvanda pərakəndə əmtəə dövriyyəsi azalıb

Naxçıvanda pərakəndə əmtəə dövriyyəsi azalıb Onun həcmi 1 mlrd 074 mln 855,6 min manat təşkil edib     
Biznes
276
11 Sentyabr , 2020 11:01
Naxçıvanda pərakəndə əmtəə dövriyyəsi azalıb

Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında pərakəndə əmtəə dövriyyəsinin həcmi 1 mlrd 074 mln 855,6 min manat təşkil edib.     

Bu barədə “Report”a Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilir ki, bu, 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə müqayisəli qiymətlər üzrə 0,9% azdır.

Xatırladaq ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində muxtar respublikada pərakəndə əmtəə dövriyyəsinin həcmi 1 mlrd 074 mln 471,6 min manat həcmində olub.

Son xəbərlər

Orphus sistemi