Naxçıvanda ötən il vergi ödəyicilərinə xidmət mərkəzlərində 44 mindən çox şəxs qəbul edilib

Naxçıvanda ötən il vergi ödəyicilərinə xidmət mərkəzlərində 44 mindən çox şəxs qəbul edilib 2024-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri ümumilikdə 44 388 şəxs qəbul edilib.
Biznes
10 Yanvar , 2025 15:09
Naxçıvanda ötən il vergi ödəyicilərinə xidmət mərkəzlərində 44 mindən çox şəxs qəbul edilib

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri ümumilikdə 44 388 şəxs qəbul edilib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ötən il mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 59 004 xidmət göstərilib ki, bu da əvvəlki illə müqayisədə 13,4 % çoxdur. Xidmətlərin 90 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- "ASAN İmza" sertifikatının verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- Fiziki şəxsin uçotdan çıxarılması.

Son xəbərlər

Orphus sistemi