Naxçıvanda növbəti hərrac keçirilib

Naxçıvanda növbəti hərrac keçirilib ilk dəfə olaraq muxtar respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin balansında olan dö
Biznes
6 Noyabr , 2024 15:34
Naxçıvanda növbəti hərrac keçirilib

Naxçıvan Muxtar Respublikasında növbəti hərrac keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, ilk dəfə olaraq muxtar respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin balansında olan dövlət mülkiyyətinə keçirilmiş malların özəlləşirilməsi ilə bağlı hərrac təşkil olunub.

Hərraca çıxarılan 912 adda, müxtəlif kateqoriyada (kimyəvi təmizləmə, tekstil, bəzək əşyaları, parfüm, avtomobil yağları və ehtiyat hissələri) olan malların alınması üçün qeydiyyatdan keçmiş 1 sifarişçi hərracın qalibi olub.

Xatırladaq ki, “Hərracların Təşkili Mərkəzi” və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışının təşkili üçün müqavilə bağlanıb.

Son xəbərlər

Orphus sistemi