Naxçıvanda güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzi yaradılacaq

Naxçıvanda güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzi yaradılacaq Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin yaradılması nəzərdə tutulur.
Biznes
5 İyun , 2023 15:31
Naxçıvanda güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzi yaradılacaq

Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin yaradılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum yerli Nazirlər Kabineti, digər icraçı qurumlar isə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.

İlkin olaraq Ticarət Mərkəzinin yerləşəcəyi yerin müəyyən edilməsi, hüquqi bazanın formalaşdırılması, daha sonra Ticarət Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi