Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı bu il 38 % artıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı bu il 38 % artıb Bu il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasındakı aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 37,9 % çox - 21 374 olub.
Biznes
6 Dekabr , 2024 12:01
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı bu il 38 % artıb

Bu il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasındakı aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 37,9 % çox - 21 374 olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Bundan başqa, nazir əvəzi deyib ki, ötən ilin əvvəlinə nisbətən muxtar respublikada aktiv vergi ödəyicilərinin sayında 68,2 %, qeydiyyatda olan obyektlərin sayında 20,1 %, ƏDV ödəyicilərinin sayında 84,2 %, qeydiyyatda olan yeni nəsil nəzarət kassa aparatlarının sayında 70,4 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayında 4,7 dəfə, aktiv bank hesablarının sayında isə 3,6 faiz artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi