Naxçıvanda “Ailə təsərrüfatı məhsulları”nın satış yarmarkası keçirilir

Biznes
  • 20 noyabr, 2021
  • 09:00
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları”nın satış yarmarkası keçirilir

Bu gün Naxçıvan MR-da “Ailə təsərrüfatı məhsulları”nın satış yarmarkası keçirilir.

"Report" xəbər verir ki, yarmarka "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunub.

Yarmarkada muxtar respublikanın müxtəlif rayonlarından olan ailə təsərrüfatları sahiblərinin ərsəyə gətirdiyi məhsullar satılır.