Naxçıvanda 2 ayda vergi orqanlarına 300 müraciət daxil olub
- 18 mart, 2025
- 17:51
Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına ümumilikdə 300 müraciət daxil olub.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunlardan 90,7 %-ni ərizələr, 9,3 %-ni şikayətlər təşkil edib. Müraciətlərin 89,7 %-nin baxılması cari dövr ərzində başa çatdırılıb, 10,3 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 90,3 %-i həll olunub, 8,5 %-i barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
2 ayda Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər ümumilikdə 53 vətəndaşı qəbul edib. Qəbulda hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbir görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.