Naxçıvana Cənub-Şərqi Anadoludan idxal edilən dənli və paxlalı bitkilərin dəyəri açıqlanıb

Biznes
  • 13 yanvar, 2024
  • 06:01
Naxçıvana Cənub-Şərqi Anadoludan idxal edilən dənli və paxlalı bitkilərin dəyəri açıqlanıb

Ötən il Naxçıvan Muxtar Respublikası Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 13,620 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilə nisbətən 2,2 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 3 milyard 806,278 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 6,6 % çoxdur.

12 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük dənli və paxlalı bitki məhsulları ixracı Yaxın Şərq ölkələrinə (2 milyard 022,88 milyon ABŞ dolları məbləğində) həyata keçirilib. Bu 1 il əvvələ nisbətən 3,2 % çoxdur.

Onları Afrika ölkələri (860,2 milyon ABŞ dolları) və Amerika ölkələri (432,217 milyon ABŞ dolları) izləyib. Bunlar isə illik müqayisədə müvafiq olaraq 0,08 % az və 0,3 % çoxdur.

44 filmi