Naxçıvan xarici ticarət dövriyyəsini 3% artırıb

Naxçıvan xarici ticarət dövriyyəsini 3% artırıb Bu ilin yanvar-may aylarında Naxçıvan MR xarici ölkələrlə 155,6 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
12 İyun , 2020 09:34
Naxçıvan xarici ticarət dövriyyəsini 3% artırıb

Bu ilin yanvar-may aylarında Naxçıvan MR xarici ölkələrlə 155,6 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 

"Report" yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,9% çoxdur. 

Son 1 ildə muxtar respublikanının ixracının dəyəri 0,6% artaraq 128,2 milyon ABŞ dolları, idxalının dəyəri isə 15,4% artaraq 27,4 milyon ABŞ dolları təşkil edib. 

Beləliklə, 5 ay ərzində xarici ticarətdə 100,8 milyon ABŞ dolları dəyərində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,8% azdır. 

Son xəbərlər

Orphus sistemi