Naxçıvan sahibkarları I rübdə 1 milyon manatdan çox güzəştli kredit alıblar

Naxçıvan sahibkarları I rübdə 1 milyon manatdan çox güzəştli kredit alıblar Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 37 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat güzəştli kredit ayırıb.
Biznes
8 aprel 2025 14:42
Naxçıvan sahibkarları I rübdə 1 milyon manatdan çox güzəştli kredit alıblar

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 37 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat güzəştli kredit ayırıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 4,6 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 7,1 dəfə artıb.

"Builki kredit ayrılmış layihələr üzrə 51 yeni iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir əvəzi əlavə edib.

O, həmçinin deyib ki, yanvar-mart aylarında maliyyə dəstəyi verilmiş layihələrin 12 %-i Naxçıvan şəhərinin, 88 %-i isə digər şəhər və rayonların payına düşüb, onların 43 %-nə kiçik məbləğli, 57 %-nə isə orta məbləğli kreditlər ayrılıb.

Hazırda SİF 8 bankla müvəkkil kredit təşklilatı qismində əməkdaşlıq edib. Bunlardan 2-si əməkdaşlığa 2025-ci ildə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi