Nadir Zeynalov: "Azərbaycanda Rumıniya istehsalı olan 95 adda dərman qeydiyyatdan keçib"

Biznes
  • 23 iyun, 2022
  • 09:47
Nadir Zeynalov: Azərbaycanda Rumıniya istehsalı olan 95 adda dərman qeydiyyatdan keçib
Nadir Zeynalov

Azərbaycanda Rumıniya istehsalı olan 95 adda dərman qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıqin genişləndirilməsi üçün geniş imkanlar var: "Hazırda Rumıniya ilə QİÇS və vərəmlə bağlı birgə layihələrimiz mövcuddur".