Mustafa Abbasbəyli: “Bütün şirkətlərin rəqəmsal həllərdən istifadə etməsini istəyirik”

Mustafa Abbasbəyli: “Bütün şirkətlərin rəqəmsal həllərdən istifadə etməsini istəyirik” "Bu gün bir neçə şirkət var ki, rəqəmsal həllərdən istifadə edir. Amma biz istəyirik ki, bütün şirkətlər rəqəmsal həllərdən istifadə etsin".
Biznes
15 Noyabr , 2022 12:21
Mustafa Abbasbəyli: “Bütün şirkətlərin rəqəmsal həllərdən istifadə etməsini istəyirik”
Mustafa Abbasbəyli

"Bu gün bir neçə şirkət var ki, rəqəmsal həllərdən istifadə edir. Amma biz istəyirik ki, bütün şirkətlər rəqəmsal həllərdən istifadə etsin".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Baku International CEO Summit"də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

"Şirkətlərin rəqəmsal həlləri öz imkanları hesabına alması çətindir. Ona görə də biz dövlət olaraq həmin həlləri şirkətlərə təqdim etməliyik. Son bir neçə ildə bununla bağlı işlər həyata keçirilir. Onun sırf idaretməyə aid olan hissəsi, bizim ölkədə fəaliyyət göstərən şirkətlərə, xüsusilə də kiçik qrup şirkətlərə töhfəsi olan sistemlərimiz əmək və məşğulluq altsisteminin bir neçə modulu ilə göstərilib. Sahibkarların fəaliyyətinə dəstək verə biləcək sistemin təqdimatı olub. Sistemin ilk buraxılışı mayda, növbəti buraxılış isə dünən təqdim edilib. Sistemin üstünlüyü ondan ibarətdir ki, insan resurslarının idarə olunmasında proseslər elektronlaşdırılır və kağız üzərindən elektron müstəviyə daşınır. Bu gün inzibatçılıq çoxdur. Agentlik olaraq məqsədimiz odur ki, şirkətlərin dövlətə sərf etdiyi vaxtı azaldaq. Şirkətlər nə qədər dövlətə az vaxt sərf etsə həmin vaxtı biznesin inkişafına sərf edə bilər. Bu baxımdan həmin həlləri kifayət qədər önəmli hesab edirik", - deyə o, qeyd edib.

M.Abbasbəyli həmçinin əlavə edib ki, hazırda Azərbaycanda 100 minə yaxın işəgötürən var: “Bunun da 50-55 %-i fiziki şəxslər, 45-50 %-i isə hüquqi şəxslərdir. İşəgötürənlərin cəmi 5%-i 5 nəfərdən çox əməkdaşı olan şirkətlərdir".

Son xəbərlər

Orphus sistemi