MÜSİAD: "İş adamlarının Azərbaycandan digər bazarlara çıxışı təşviq edilir"

MÜSİAD: "İş adamlarının Azərbaycandan digər bazarlara çıxışı təşviq edilir" Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) şirkətlərlə Azərbaycanda ticarətlə bağlı hədəflərə çatmaqla yanaşı, eyni zamanda burdan üçüncü ölkələrə ixrac imkanlarını müzakirə edir.
Biznes
1 İyul , 2022 12:18
MÜSİAD: İş adamlarının Azərbaycandan digər bazarlara çıxışı təşviq edilir

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) şirkətlərlə Azərbaycanda ticarətlə bağlı hədəflərə çatmaqla yanaşı, eyni zamanda burdan üçüncü ölkələrə ixrac imkanlarını müzakirə edir.

"Report" xəbər verir ki, bunu MÜSİAD-ın Azərbaycan şöbəsinin rəhbəri Rəşad Cabirli bildirib.

"Bu istiqamətdə artıq bir neçə uğurlu nəticələr var. Beynəlxalq tədbirlərdə daim sloqanımiz budur ki, Asiyanın incisi olan Azərbaycanı iş adamları 300 milyon əhalisi olan MDB məkanına çıxış imkanı verən bir ölkə kimi görsünlər. Həm MÜSİAD üzvlərini, həm də investisiya cəlb etmək üçün dəvət etdiyimiz şirkətləri bu istiqamətdə təşviq etməyə çalışırıq. Çünki gömrük imkanlarına görə, Azərbaycandan digər ölkələrin bazarlarına çıxış imkanlarının böyük olduğunu düşünürük. Azərbaycanın digər MDB ölkələri ilə gömrüklə bağlı üstünlüyü var. Bu istiqamətdə nümunə çəkə bilərəm, Türkiyə və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti mövcuddur", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi