Musa Quliyev: "Əmək Məcəlləsi davamlı təkmilləşdirilir"

Musa Quliyev: "Əmək Məcəlləsi davamlı təkmilləşdirilir" Azərbaycanda Əmək Məcəlləsi beynəlxalq tələb və standartlara, müasir çağırışlara uyğun olaraq davamlı şəkildə təkmilləşdirilir.
Biznes
21 İyun , 2024 13:14
Musa Quliyev: Əmək Məcəlləsi davamlı təkmilləşdirilir
Musa Quliyev

Azərbaycanda Əmək Məcəlləsi beynəlxalq tələb və standartlara, müasir çağırışlara uyğun olaraq davamlı şəkildə təkmilləşdirilir.

"Report" xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində son illərdə ölkə üzrə minimum əmək haqqı 2,7 dəfə, orta əmək haqqı 71 %, qeyri-formal məşğulluqla mübarizə çərçivəsində isə əmək müqavilələrinin sayı 38 % və ya 500 min ədəd artıb. Əmək hüquqlarının qorunması və layiqli əməyin təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyasını və 1 Protokolunu ratifikasiya edib", - deyə o qeyd edib.

"Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli fərmanı ilə yaradılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin göstərdiyi 159 xidmətdən 145-i və ya 90 %-dən çoxu elektron qaydada təqdim edilir. Sistemin strukturunda 4 reyestr və 19 alt sistem var. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək müqaviləsi bildirişi” və “Məşğulluq” altsistemləri yaradılıb", - deyə deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi