"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupu biznesə dair hədəflər açıqlayıb

"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupu biznesə dair hədəflər açıqlayıb "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupu ölkəmizin sahibkarlıq mühitinin yaxşılaşdırılmasını, sahibkarların rastlaşdığı maneələrin aradan qaldırılmasını, effektiv mübahisələrin həlli mexanizmlərinin formalaşdırılmasını və səmər
Biznes
1 Noyabr , 2024 17:15
Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu biznesə dair hədəflər açıqlayıb

"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupu ölkəmizin sahibkarlıq mühitinin yaxşılaşdırılmasını, sahibkarların rastlaşdığı maneələrin aradan qaldırılmasını, effektiv mübahisələrin həlli mexanizmlərinin formalaşdırılmasını və səmərəliliyinin artırılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirib.

"Report" xəbər verir ki, bunu ədliyyə nazirinin müavini, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qrupunun rəhbəri Toğrul Hüseynov hüquq və konsaltinq şirkətləri, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlarla keçirilən görüşdə bildirib.

O, qeyd edib ki, bu il mayın 31-də işçi qrupunun "Yol xəritəsi" təsdiqlənib: "Sənəddə həm təşkilati, həm də qanunvericilik islahatları baxımından müvafiq tədbirlər nəzərdə tutulub. Bu müddətdə bütün tədbirlər icra edilib və qanunvericilik islahatları paketi hökumətə təqdim olunub".

Nazir müavini əlavə edib ki, bu istiqamətdə əsas işlərdən biri kommersiya işlərində onlayn məhkəmə iclaslarının ictimaiyyət üçün açıqlılığının təmin olunması ilə bağlı tədbirlərin görülməsidir: "Eyni zamanda, məhkəmə prosesində tərəflərin istəyi ilə videokonfrans vasitəsilə iştirakla bağlı müvafiq layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Həmçinin Vahid Məhkəmə Portalı üzərindən kommersiya işlərinin sayı, bitmə əmsalı, baxılma müddətləri barədə vahid statistik məlumatlar hazırlanaraq portalda yerləşdirilib".

Toğrul Hüseynov vurğulayıb ki, sənədlərin icrası istiqamətində işçi qrupunun fəaliyyəti çərçivəsində müvafiq tədbirlər görülüb: "Sənədlərin icrasından yayınan hüquqi şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması, icra hərəkətlərinin icrası zamanı nağdsız hesablaşmaların tətbiq olunması, eyni zamanda, müvafiq işlərin sırf elektron qaydada həyata keçirilməsi ilə bağlı layihələr hazırlanıb. Hazırda məhkəmə orqanlarının qərarlarının icrası çərçivəsində icra məmuru ilə birbaşa əlaqə yaradılması ilə bağlı müvafiq funksional dəyişikliklər edilərək Ədliyyə Nazirliyinin saytında (https://justice.gov.az/) yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi