“Mpay” terminalları artıq Naxçıvanda!

“Mpay” terminalları artıq Naxçıvanda! Naxçıvan Muxtar Respublikasında yeni ödəniş terminalları istifadəyə verilib.
Biznes
30 Sentyabr , 2024 12:00
“Mpay” terminalları artıq Naxçıvanda!

Naxçıvan Muxtar Respublikasında yeni ödəniş terminalları istifadəyə verilib.

"Report" xəbər verir ki, “Mpay” QSC-nin terminalları Naxçıvanda fəaliyyətə başlayıb.

Muxtar respublikanın sakinləri bundan sonra bütün kommunal, dövlət, bank, mobil, TV və internet ödənişlərini “Mpay” terminalları vasitəsilə rahat şəkildə həyata keçirə biləcəklər.

Naxçıvanın Dövlət Energetika Xidməti mövcud çətinliyi aradan qaldırmaq üçün “Mpay” ilə smart-kart tipli elektrik sayğaclarının balansının artırılması və onlayn ödənişlərin ödənilməsi məqsədi ilə müqavilə imzalayıb. Artıq muxtar respublikadakı ödəmə məntəqələrinin hamısında smart-kart tipli elektrik sayğaclarının balansını artırmaq mümkündür.

Qaz və elektrik enerjisi xidmətləri üzrə “smart kart” ödənişlərini yalnız “Mpay” terminalları vasitəsilə icra etmək mümkündür.

Beləliklə, “Mpay” terminalları ölkənin bütün ərazisini uğurla əhatə edərək hərtərəfli ödəniş həllərinə əlçatanlığı təmin edib.

Məlumat üçün bildirək ki, ödənişləri həmçinin veb-sayt vasitəsilə və mobil tətbiqi yükləyərək asanlıqla yerinə yetirmək mümkündür.

https://onelink.to/mpay_app

Vətəndaşlar ödənişləri “Mpay” ilə idarə etməyin rahatlığından zövq ala bilərlər.

Azərbaycan Mərkəzi Bankı ötən ay “Mpay”ə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.

Son xəbərlər

Orphus sistemi