Moldova Azərbaycanla ticarət və investisiya əlaqələrini dərinləşdirmək niyyətindədir

Moldova Azərbaycanla ticarət və investisiya əlaqələrini dərinləşdirmək niyyətindədir “Moldova Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək niyyətindədir və azərbaycanlı investorları bu ölkədə görmək istərdi”.
Biznes
11 Oktyabr , 2022 15:32
Moldova Azərbaycanla ticarət və investisiya əlaqələrini dərinləşdirmək niyyətindədir

“Moldova Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək niyyətindədir və azərbaycanlı investorları bu ölkədə görmək istərdi”.

“Report” xəbər verir ki, bunu Moldovanın Baş naziri Nataliya Qavrilitsa Bakıda keçirilən Azərbaycan və Moldovanın İşgüzar Dairələrinin nümayəndələri ilə görüş çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Məqsədimiz sağlam investisiya tərəfdaşlığına çevriləcək regional uğura nail olmaqdır. Cənubi Qafqazın əsas ölkələri, xüsusilə də Azərbaycanla ticarət və investisiya əlaqələrimizi dərinləşdirməkdə qərarlıyıq”, - o bildirib.

Baş nazir qeyd edib ki, iki ölkə arasında çox sayda oxşar cəhət var və buna görə də onların güclərini birləşdirməsi təbiidir: “Burada söhbət xüsusən biznes imkanlarından və regionun yenidən qurulması üçün tələb olunacaq səylərdən gedir”.

“Təkcə Moldova Azərbaycana güclü və etibarlı tərəfdaş kimi baxmır, bu fikri Brüssel və Avropa İttifaqının (Aİ) əsas paytaxtları da bölüşür. Azərbaycan və Aİ arasında tərəfdaşlığın dərinləşdirilməsi üzrə son səyləri yüksək qiymətləndirirəm. Bu da əməkdaşlıq perspektivlərimizə mühüm strateji dəyər əlavə edir”, - N.Qavrilitsa vurğulayıb.

Onun sözlərinə görə, Moldova faktiki olaraq əhəmiyyətli sistem dəyişiklikləri, həmçinin milli və regional düşüncədə real dəyişikliklər etmək üçün dövlət və özəl sektorlar arasında rəqəmsal körpülər qurur: “Azərbaycanlı investorları ölkəmizdə görmək istərdik və bu yolla birgə getməyə hazırıq”.

“Qonşu Ukraynada ədalətsiz müharibənin iqtisadi nəticələrini yumşaltmağa, həmçinin ölkələrimiz, regionumuz və Aİ arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışırıq. Əminik ki, Azərbaycan bu prosesdə etibarlı tərəfdaş ola bilər”, - o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi