“Moderna”nın gəlirləri 65 dəfədən çox artıb

“Moderna”nın gəlirləri 65 dəfədən çox artıb Yeni növ koronavirus infeksiyasına qarşı peyvənd hazırlayan Amerikanın əczaçılıq şirkəti “Moderna” son rübdə 4 milyard ABŞ dollarından çox gəlir əldə edib.
Biznes
6 Avqust , 2021 07:31
“Moderna”nın gəlirləri 65 dəfədən çox artıb

Yeni növ koronavirus infeksiyasına qarşı peyvənd hazırlayan Amerikanın əczaçılıq şirkəti “Moderna” son rübdə 4 milyard ABŞ dollarından çox gəlir əldə edib.

“Report” xəbər verir ki, şirkətin gəlirləri illik olaraq 65 dəfədən çox artıb.

Belə ki, iyunun 30-da başa çatan üç aylıq hesabat dövründə şirkətin gəliri 4,354 milyard ABŞ dollar, altı ay ərzində bu göstərici isə 6,291 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrləri üçün şirkətin gəliri üç ayda 67 milyon və altı ayda isə 75 milyon ABŞ dolları olub.

Üç aylıq dövrdə şirkətin xalis mənfəəti 2,78 milyard ABŞ dolları təşkil edib. Halbu ki, ötən ilin eyni dövrü üçün “Moderna” 117 milyon ABŞ dolları zərərlə işləyib.

Qeyd edək ki, "Pfizer-BioNTech" və "Moderna" şirkətləri koronavirus (COVID-19) əleyhinə istehsal edikləri vaksinlərin qiymətlərini artırıb. "Pfizer-BioNTech" şirkəti eyniadlı vaksininin bir dozasının qiymətini 15,5 avrodan 19,5 avroya (31.3 - 39.4 AZN) qaldırıb.

Son xəbərlər

Orphus sistemi