“MODENİS” Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat pul köçürüb

“MODENİS” Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat pul köçürüb Məqsəd ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaqdır
Biznes
997
2 Oktyabr , 2020 15:37
“MODENİS” Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat pul köçürüb

“MODENİS” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat pul köçürüb.

"Report"un məlumatına görə, şirkətdən bildiriblər ki, yardım edilməsində məqsəd Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaqdır. 

“MODENİS” MMC 2012-ci ilin sentyabr ayında fəaliyyətə başlamış və 2013-cü ilin martın 5-də eManat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Şirkət hazırda özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsini və eManat+ elektron pul kisəsi/online ödəniş platformasını idarə edir.

Son xəbərlər

Orphus sistemi