Minik avtomobilləri idxalımızın 75 %-dən çoxu cəmi 5 ölkənin payına düşüb
- 02 dekabr, 2021
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 506,2 milyon ABŞ dolları dəyərində 51 min 647 ədəd benzin və dizel mühərrikli minik avtomobilləri ixrac edib.
"Report" Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.
Mühərrikinin həcmi 1000 kubsantimetrdən çox olmayan, qığılcımla alışan daxili yanma mühərrikli (DYM) minik avtomobilləri
Hesabat dövründə ölkəyə 1,736 milyon ABŞ dolları dəyərində 358 ədəd bu kateqoriyadan olan nəqliyyat vasitəsi gətirilib ki, bu da ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 78,36 %, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.
Koreyadan 745,2 min ABŞ dolları dəyərində 162 ədəd, Meksikadan 309,61 min ABŞ dolları dəyərində 19 ədəd, Almaniyadan 189,96 min ABŞ dolları dəyərində 25 ədəd, Çindən 180,19 min ABŞ dolları dəyərində 110 ədəd, ABŞ-dan 137,2 min ABŞ dolları dəyərində 22 ədəd, qalan 6 ölkədən isə toplam olaraq 173,6 min ABŞ dolları dəyərində 20 ədəd nəqliyyat vasitəsi gətirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Koreyadan tədarük müvafiq olaraq 4,8 dəfə və 4,6 dəfə, Meksikadan – 3,3 dəfə və 2,1 dəfə, Almaniyadan - 7,7 dəfə və 6,3 dəfə, Çindən – 4,5 dəfə və 7,3 dəfə artıb, ABŞ-dan – 32,62 % və 15,38 % azalıb.
Mühərrikinin həcmi 1 000-1 500 kubsantimetr olan, qığılcımla alışan DYM-li minik avtomobilləri
Azərbaycana 116,242 milyon ABŞ dolları dəyərində 20 min 197 ədəd bu təsnifata aid olan avtomobil tədarük edilib. Bu, 2020-ci ilin analoji dövrünün göstəricilərinə nisbətən dəyər ifadəsində 53,4 %, kəmiyyət olaraq – 71,93 % çoxdur.
ABŞ-dan 47,348 milyon ABŞ dolları dəyərində 8 min 137 ədəd, Meksikadan 15,058 milyon ABŞ dolları dəyərində 1 min 987 ədəd, Almaniyadan 13,898 milyon ABŞ dolları dəyərində 4 min 024 ədəd, Çindən 12,125 milyon ABŞ dolları dəyərində 881 ədəd, Yaponiyadan 7,226 milyon ABŞ dolları dəyərində 1 min 557 ədəd, Koreyadan 5,608 milyon ABŞ dolları dəyərində 1 min 489 ədəd, Rusiyadan 4,469 milyon ABŞ dolları dəyərində 320 ədəd, Slovakiyadan 2,005 milyon ABŞ dolları dəyərində 510 ədəd, Türkiyədən 1,982 milyon ABŞ dolları dəyərində 286 ədəd, Çexiyadan 1,783 milyon ABŞ dolları dəyərində 331 ədəd, qalan 17 ölkədən toplam dəyəri 4,739 milyon ABŞ dolları olan 675 ədəd avtomobil idxal olunub.
ABŞ-dan tədarük hesabat dövründə müvafiq olaraq 40,68 % və 45,33 %, Meksikadan - 25,39 % və 32,47 %, Almaniyadan – 2,1 dəfə və 2,3 dəfə, Çindən - 3,3 dəfə və 2,5 dəfə, Yaponiyadan – 11,5 dəfə və 19,71 dəfə, Koreyadan – 2,9 dəfə və 3 dəfə, Rusiyadan – 3,1 dəfə və 2,2 dəfə, Slovakiyadan – 3,4 dəfə və 3,8 dəfə, Çexiyadan – 41,9 % və 2,8 dəfə artıb, Türkiyədən - dəyər ifadəsində 52,22 % azalıb, kəmiyyət olaraq - 2,1 % artıb.
Mühərrikinin həcmi 1 500-3 000 kubsantimetr olan, qığılcımla alışan DYM-li minik avtomobilləri
Bu ilin ilk 9 ayı ərzində Azərbaycana 258,858 milyon ABŞ dolları dəyərində 16 min 648 ədəd bu kateqoriyadan olan nəqliyyat vasitəsi gətirilib ki, bu da ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 37,27 %, kəmiyyət olaraq – 43,32 % çoxdur.
Almaniyadan 65,072 milyon ABŞ dolları dəyərində 2 min 620 ədəd, ABŞ-dan 46,327 milyon ABŞ dolları dəyərində 3 min 400 ədəd, Rusiyadan 37,980 milyon ABŞ dolları dəyərində 3 min 706 ədəd, Yaponiyadan 36,836 milyon ABŞ dolları dəyərində 1 min 516 ədəd, Koreyadan 25,029 milyon ABŞ dolları dəyərində 3 min 193 ədəd, Böyük Britaniya və Şimali İrlandiyanın Biləşmiş Krallığından 12,922 milyon ABŞ dolları dəyərində 269 ədəd, Slovakiyadan 8,981 milyon ABŞ dolları dəyərində 252 ədəd, Meksikadan 7,619 milyon ABŞ dolları dəyərində 784 ədəd, Çindən 5,629 milyon ABŞ dolları dəyərində 244 ədəd, Türkiyədən 4,966 milyon ABŞ dolları dəyərində 301 ədəd, Çexiyadan 3,431 milyon ABŞ dolları dəyərində 155 ədəd, qalan 14 ölkədən toplam olaraq 4,065 milyon ABŞ dolları dəyərində 208 avtomobil idxal edilib.
Almaniyadan tədarük müvafiq olaraq 33,61 % və 10,55 %, ABŞ-dan - 41,83 % və 36,66 %, Rusiyadan - 2,7 dəfə və 2,5 dəfə, Yaponiyadan - 1,99 % və 5,42 %, Koreyadan - 55,29 % və 63,07 %, Slovakiyadan - 94,89 % və 2,7 dəfə, Meksikadan - 20,32 % və 6,96 %, Çindən - 82,03 % və 23,86 %, Türkiyədən 2 dəfə və 2,1 dəfə artıb, Çexiyadan – 14,85 % və 27,23 % azalıb, Böyük Britaniya və Şimali İrlandiyanın Biləşmiş Krallığından - dəyər ifadəsində 15,47 % azalıb, kəmiyyət olaraq - 13,98 % artıb.
Mühərrikinin həcmi 3 000 kubsantimetrdən çox olan, qığılcımla alışan DYM-li minik avtomobilləri
Ölkəyə 27,376 milyon ABŞ dolları dəyərində 349 ədəd bu cür avtomobil tədarük olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,37 % azalıb, kəmiyyət olaraq - 10,44 % artıb.
Yaponiyadan 12,114 milyon ABŞ dolları dəyərində 209 ədəd, ABŞ-dan 5,31 milyon ABŞ dolları dəyərində 67 ədəd, Almaniyadan 5,195 milyon ABŞ dolları dəyərində 40 ədəd, Böyük Britaniya və Şimali İrlandiyanın Biləşmiş Krallığından 1,489 milyon ABŞ dolları dəyərində 9 ədəd, Avstriyadan 1,454 milyon ABŞ dolları dəyərində 9 ədəd, qalan 6 ölkədən ümumi dəyəri 1,813 milyon ABŞ dolları olan 15 ədəd avtomobil gətirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Yaponiyadan tədarük müvafiq olaraq 2,1 dəfə və 97,17 %, ABŞ-dan – 2,23 dəfə və 76,32 % artıb, Almaniyadan – 40,79 % və 48,05 %, Böyük Britaniya və Şimali İrlandiyanın Biləşmiş Krallığından – 59,04 % və 55 %, Avstriyaya – 82,37 % və 83,64 % azalıb.
Mühərrikinin həcmi 1 500 kubsantimetrdən çox olmayan, sıxılmaqdan alışan DYM-li (dizel) minik avtomobilləri
Azərbaycana 22,119 milyon ABŞ dolları dəyərində 6 min 338 ədəd bu təsnifata daxil olan nəqliyyat vasitəsi idxal edilib ki, bu da əvvəlki ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 83,57 % və 84,46 % çoxdur.
Avtomobillərin 7,621 milyon ABŞ dolları dəyərində 2 min 153 ədədi Almaniyadan, 3,936 milyon ABŞ dolları dəyərində 1 min 175 ədədi Koreyadan, 2,450 milyon ABŞ dolları dəyərində 748 ədədi Türkiyədən, 2,866 milyon ABŞ dolları dəyərində 838 ədədi Böyük Britaniya və Şimali İrlandiyanın Biləşmiş Krallığından, 2,009 milyon ABŞ dolları dəyərində 564 ədədi Fransadan, 1,428 milyon ABŞ dolları dəyərində 419 ədədi Yaponiyadan, 1,809 milyon ABŞ dolları dəyərində 441 ədədi qalan 11 ölkədən tədarük olunub.
Almaniyadan idxal 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 55,42 % və 54,78 %, Koreyadan – 81,5 % və 83,88 %, Türkiyədən - 70,91 % və 75,18 %, Böyük Britaniya və Şimali İrlandiyanın Biləşmiş Krallığından - 3,88 dəfə və 3,93 dəfə, Fransadan – 42,72 % və 42,78 %, Yaponiyadan – 2,8 dəfə və 2,9 dəfə artıb.
Mühərrikinin həcmi 1 500-2 500 kubsantimetr olan, sıxılmaqdan alışan DYM-li (dizel) minik avtomobilləri
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 65,408 milyon ABŞ dolları dəyərində 7 min 388 ədəd bu kateqoriyadan olan avtomobil tədarük olunub. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 32,9 %, kəmiyyət olaraq – 62,73 % artıb.
Koreyadan 33,967 milyon ABŞ dolları dəyərində 4 min 433 ədəd, Almaniyadan 13,143 milyon ABŞ dolları dəyərində 1 min 223 ədəd, Tailanddan 10,389 milyon ABŞ dolları dəyərində 508 ədəd, Slovakiyadan 3,034 milyon ABŞ dolları dəyərində 729 ədəd, Çindən 1,383 milyon ABŞ dolları dəyərində 95 ədəd, qalan 13 ölkədən toplam dəyəri 3,491 milyon ABŞ dolları olan 400 ədəd avtomobil gətirilib.
2020-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə Koreyadan idxal müvafiq olaraq 77,34 % və 85,64 %, Tailanddan – 83,1 % və 70,47 %, Slovakiyadan – 2,85 dəfə və 2,84 dəfə, Çindən – 2 dəfə və 93,88 % artıb, Almaniyadan – 24,29 % və 6,36 % azalıb.
Mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olan, sıxılmaqdan alışan DYM-li (dizel) minik avtomobilləri
Hesabat dövründə 14,461 milyon ABŞ dolları dəyərində 369 ədəd belə avtomobil idxal olunub ki, bu da əvvəlki ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 0,57 % azalıb, kəmiyyət olaraq 5,43 % artıb.
Yaponiyadan 5,435 milyon ABŞ dolları dəyərində 112 ədəd, Böyük Britaniya və Şimali İrlandiyanın Biləşmiş Krallığından 4,226 milyon ABŞ dolları dəyərində 95 ədəd, Almaniyadan 2,554 milyon ABŞ dolları dəyərində 62 ədəd, ABŞ-dan 1,622 milyon ABŞ dolları dəyərində 81 ədəd, qalan 7 ölkədən 708,75 min ABŞ dolları dəyərində 19 ədəd nəqliyyat vasitəsi tədarük olunub.
Yaponiyadan idxal müvafiq olaraq 88,55 % və 75 %, ABŞ-dan – 85,16 % və 97,56 % artıb, Böyük Britaniya və Şimali İrlandiyanın Biləşmiş Krallığından – 29,54 % və 30,15 %, Almaniyadan – 33,97 % və 25,3 % azalıb.
Yuxarıda qeyd olunan 7 təsnifat üzrə minik avtomobillərinin ümumi idxalının dəyər ifadəsində 21,27 %-i Almaniyanın, 19,93 %-i ABŞ-ın, 13,72 %-i Koreyanın, 12,47 %-i Yaponiyanın, 8,44 %-i Rusiyanın, 24,21 %-i qalan 32 ölkənin payına düşüb.