"MiniBoss Baku"nun təsisçisi: "Hədəfimiz uşaqların kiçik yaşlardan biznes potensialını üzə çıxarmaqdır"

"MiniBoss Baku"nun təsisçisi: "Hədəfimiz uşaqların kiçik yaşlardan biznes potensialını üzə çıxarmaqdır" MiniBoss Biznes Məktəbinin əsas hədəfi uşaqların kiçik yaşlardan biznes potensialını üzə çıxarmaq, liderlik və maliyyə savadlılığı kimi bacarıqlarını inkişaf etdirməkdir.
Biznes
12 aprel 2025 11:08
MiniBoss Bakunun təsisçisi: Hədəfimiz uşaqların kiçik yaşlardan biznes potensialını üzə çıxarmaqdır

"MiniBoss Business School Baku"nun əsas hədəfi uşaqların kiçik yaşlardan biznes potensialını üzə çıxarmaq, liderlik və maliyyə savadlılığı kimi bacarıqlarını inkişaf etdirməkdir.

“Report” xəbər verir ki, bunu məktəbin təsisçisi Nərminə Həsənova Bakıda keçirilən 5-ci Startap Forumunda bildirib.

"Bu gün bizim beşinci hesabat tədbirimizdir. "MiniBoss Business School Baku" bu gün beşillik fəaliyyət dövrünü qeyd edir. İlk ilin yekununda şagirdlərimizin sayı 26 nəfər təşkil edirdi. Bu gün isə bu rəqəm 134 nəfərə çatıb. Eləcə də layihələrin sayı 6 idi, bu gün isə 22 layihə təqdim olunacaq", - o vurğulayıb.

Onun sözlərinə görə, valideynlərin rəylərinə əsaslanaraq "MiniBoss Business School Baku"nun hədəflərinə çatdığını söyləmək olar: "Digər xoş nəticələr də var. Məsələn, uşaqlar sadə ingilis dilinin əvəzinə biznes ingilis dilindən istifadə edərək öz fikirlərini ifadə edə bilirlər. Onlar vaxt idarə edilməsini öyrəniblər. Hətta uşaqlar valideynlərinin xərclərinin mahiyyətini düzgün dəyərləndirməyi də öyrəniblər. Biznes məktəbinin özəliyi və dəyəri uşaqların sərbəst mühitdə öz bacarıqlarını nümayiş etdirməyə zəmin yaratmaqdır".

Son xəbərlər

Orphus sistemi