"MiniBoss Business School Baku"nun 5-ci Startap Forumunda SIFE kateqoriyası üzrə layihələrə qrant ayrılıb

"MiniBoss Business School Baku"nun 5-ci Startap Forumunda SIFE kateqoriyası üzrə layihələrə qrant ayrılıb Bu gün Bakıda keçirilən "MiniBoss Business School Baku"nun 5-ci Startap Forumda SIFE ("Startups in Innovative Free Entrepreneurship") kateqoriyası üzrə layihələrə qrant ayrılıb.
Biznes
12 aprel 2025 13:05
MiniBoss Business School Bakunun 5-ci Startap Forumunda SIFE kateqoriyası üzrə layihələrə qrant ayrılıb

Bu gün Bakıda keçirilən "MiniBoss Business School Baku"nun 5-ci Startap Forumda SIFE ("Startups in Innovative Free Entrepreneurship") kateqoriyası üzrə layihələrə qrant ayrılıb.

"Report" xəbər verir ki, bu kateqoriya - sərbəst sahibkarlıq üzrə yaradılan startaplar üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələrin təqdim etdiyi 13 biznes layihəsinə qrant verilib.

Belə ki, "NutriPlate" layihəsinə 1 510 manat, "Icons of the World"ə 2 100 manat, "AquaBuddy"yə 1 035 manat, "Calendar Joy"a 1 035 manat, "Root Revive"ə 1 425 manat, "To Be Continued"ə 700 manat qrant ayrılıb.

Forumun münsifləri "StoryBites" layihəsinə 1 350 manat, "HeroCards"a 1 160 manat, "Mr Saboon"a 990 manat, "Yurd Scents" 1 560 manat, "Step Craft"a 770 manat, "EcoScent Case"ə 1 200 manat və "Iplik" layihəsinə 1 425 manat qrant ayrılması ilə bağlı qərar verib.

Foto: Məhəmməd Ağayev

Orphus sistemi