Hazırda Azərbaycanda valideynlərin biznes təhsilə marağı ildən-ilə artır.
Bunu "Report"a açıqlamasında "MiniBoss Business School Baku"nun direktoru Alina Xələfova bildirib.
"MiniBoss Business School Baku"nun 5-ci Startap Forumunda iştirak edən komandalar iyunun 14-də baş tutacaq Milli Çempionatda qarşılaşacaqlar. Onlar bu gün təqdim etdikləri layihələrini həyata keçirdikdən sonra Milli Çempionatda qalibiyyət uğrunda mübarizə aparacaqlar. Milli Çempionatda isə SIFE (“Startups in Innovative Free Entrepreneurship”) kateqoriyası üzrə 3 və SAGE (“Startups for the Advancement of a Global Environment”) kateqoriyası üzrə 3 qalib müəyyən olunacaq. Yəni 22 komanda arasında 6 qalib müəyyənləşəcək", - o vurğulayıb.
Onun sözlərinə görə, bu forumda iştirak edən komandaların sayı hər il artır: "Şagirdlər belə forumlarda iştirak etməklə fikirlərini sərbəst şəkildə ifadə edirlər. Valideynlər isə akademik təhsildən əlavə övladlarının maliyyə savadlılığının, iqtisadi idarəetmə biliklərinin olmasını istəyir. Bunun xoş hal olduğunu söyləyə bilərəm".