"Mineral Sular" Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb

"Mineral Sular" Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb "Mineral Sular" MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə ordumuza uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.
Biznes
653
8 Oktyabr , 2020 12:41
Mineral Sular Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb

"Mineral Sular" MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə ordumuza uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Fond ölkə prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. 

“Mineral Sular” Abşeron rayonunun Xırdalan şəhərində fəaliyyət göstərən içməli su zavodudur. Zavodda “Vita1000” brendi adı altında müxtəlif ölçülərdə qazlı və qazsız içkilər istehsal olunur. Zavod İtaliyadan və Türkiyədən alınmış müasir avadanlıqlarla təchiz olunub. Zavodda hal-hazırda 140 işçi çalışır.  

Son xəbərlər

Orphus sistemi