Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə görüşüb
Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə görüşübİqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.
“Report” xəbər verir ki, bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.
M. Cabbarov qeyd edib ki, Azərbaycan və Türkmənistan dövlət başçılarının siyasi iradəsi və münasibətlərin inkişafına verdikləri önəm tərəfdaşlığın genişlənməsində əsas hərəkətverici qüvvədir: “Türkmənistana işgüzar səfər çərçivəsində Prezident Sərdar Berdiməhəmmədovun qəbulunda olduq və əlaqələrin bütün sahələr üzrə möhkəmləndirilməsi üçün imkanları nəzərdən keçirdik”.
Həmçinin, nazir Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev ilə birlikdə “Agro-Pack Turkmenistan 2023” beynəlxalq sərgisində iştirak edib.
"İnnovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətləri, iqtisadi səmərəliliyin artırılması, resurslardan effektiv istifadə və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olduq", - deyə M. Cabbarov əlavə edib.
Türkmənistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, #Azərbaycan-#Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev ilə birlikdə “Agro-Pack Turkmenistan 2023” beynəlxalq sərgisində iştirak etdik. İnnovativ istehsal… pic.twitter.com/1pm4VZ9c9g