Mikayıl Cabbarov: “Koronavirusun Azərbaycan iqtisadiyyatına təsirini proqnozlaşdırmaq tezdir”

Mikayıl Cabbarov: “Koronavirusun Azərbaycan iqtisadiyyatına təsirini proqnozlaşdırmaq tezdir” “Çində yayılan koronavirusun Azərbaycan iqtisadiyyatı üçün hər hansı bir narahatlıq yaratması üçün əsas yoxdur”.
Biznes
10 Fevral , 2020 18:29
Mikayıl Cabbarov: “Koronavirusun Azərbaycan iqtisadiyyatına təsirini proqnozlaşdırmaq tezdir”
Report

“Çində yayılan koronavirusun Azərbaycan iqtisadiyyatı üçün hər hansı bir narahatlıq yaratması üçün əsas yoxdur”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Azərbaycanda 2020-ci il üçün iqtisadi və büdcə proqnozları kifayət qədər mühafizəkar tərtib olunub: “Hər hansı bir proqnoz bildirmək çox tezdir. Bir çox ölkələrin, ilk növbədə, Asiya ölkələrinin iqtisadiyyatına müəyyən mənfi təsirləri görünür. Hesab edirəm ki, tələskənliyə yol verməməliyik. Dövlətin aidiyyəti qurumları ilə birgə vəziyyəti izləyib təhlil etməliyik. Bütün ssenarilər işlənilib”. 

Son xəbərlər

Orphus sistemi