Mikayıl Cabbarov: "Azərbaycan və Çin arasında ticarət və investisiya əlaqələri yüksələn xəttlə inkişaf edir"

Mikayıl Cabbarov: "Azərbaycan və Çin arasında ticarət və investisiya əlaqələri yüksələn xəttlə inkişaf edir" Davos İqtisadi Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "CGTN Europe" televiziya kanalına müsahibə verib.
Biznes
19 Yanvar , 2024 18:25
Mikayıl Cabbarov: Azərbaycan və Çin arasında ticarət və investisiya əlaqələri yüksələn xəttlə inkişaf edir

Azərbaycan və Çin Xalq Respublikası arasında ticarət və investisiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir Davos İqtisadi Forumu çərçivəsində Çinin "CGTN Europe" televiziya kanalına müsahibə verib.

"Müsahibədə Azərbaycanda qlobal reallıqlara uyğun dayanıqlı iqtisadiyyatın dəstəklənməsi, bərpaolunanenerjiyə keçidin təmin edilməsi və COP29-un Azərbaycanda keçirilməsi istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb", - M. Cabbarov qeyd edib.

Son xəbərlər

Orphus sistemi