“Microsoft” məşhur oyun istehsalçısını 68 milyard dollara alır

“Microsoft” məşhur oyun istehsalçısını 68 milyard dollara alır ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkəti "Call of Duty" və "World of Warcraft" kimi məşhur oyunların istehsalçısı “Activision Blizzard”ı 68,7 milyard dollara alır.
Biznes
19 Yanvar , 2022 11:19
“Microsoft” məşhur oyun istehsalçısını 68 milyard dollara alır

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkəti "Call of Duty" və "World of Warcraft" kimi məşhur oyunların istehsalçısı “Activision Blizzard”ı 68,7 milyard dollara alır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Microsoft" sövdələmə ilə bağlı yaydığı açıqlamada bildiribi ki, hazırda sözügedən oyunlar təxminən 3 milyard insanı əhatə edir və “Activision Blizzard”ın alınmasə onun oyun sənayesindəki biznesinin böyüməsini sürətləndirəcək.

"Microsoft" "Activision Blizzard”ın hər səhminə görə 95 dollar ödəyəcək. Bu satınalma ABŞ şirkətini “Tencent” və “Sony”dən sonra dünyanın 3-cü ən böyük oyun şirkəti edəcək.

Son xəbərlər

Orphus sistemi