"Mercedes" istehsalçısı yenidən mənfəətə çıxıb

"Mercedes" istehsalçısı yenidən mənfəətə çıxıb Almaniyanın avtomobil konserni “Daimler” 2021-ci ilin ilk altı ayının nəticələrinə görə 7,888 milyard avro xalis mənfəət əldə edib.
Biznes
21 İyul , 2021 10:50
Mercedes istehsalçısı yenidən mənfəətə çıxıb

Almaniyanın avtomobil konserni “Daimler” 2021-ci ilin ilk altı ayının nəticələrinə görə 7,888 milyard avro xalis mənfəət əldə edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkət ötən ilin müvafiq dövrünü 1,907 milyard avro zərərlə bitirib.

Məlumata görə, yanvar-iyun aylarında “Daimler” 84,499 milyard avro gəlir əldə edib ki, bu da ötənilki göstəricidən 25 % çoxdur. İkinci rübdə 736,4 min ədəd avtomobil satılıb. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 36 % çoxdur.

Qeyd edilir ki, ikinci yarım ildə çip çatışmazlığı şirkətin biznesinə təsir edəcək. Lakin, cari ildə avtomobil satışlarının və gəlirlərin bir il əvvəlki səviyyədən əhəmiyyətli dərəcədə yüksək olacağı gözlənilir.

Xatırladaq ki, “Daimler AG” konserninə “Maybach”, “Mercedes-Benz” və “Smart” brendləri məxsusdur. Şirkət həmçinin “Mitsubishi Fuso Truck and Bus”-ın 85 %, “McLaren Group”-un 40 %, “Chrysler Holding LLC”-nin 19,9 %, “Kamaz”ın 15 %, “Tesla Motors”un 10 %, “Tata Motors Ltd”-nin 7 % səhmlərinə sahibdir .

Son xəbərlər

Orphus sistemi