Məmməd Musayev: “Aktual məsələləri İqtisadi Şurada müzakirəyə çıxarmalıyıq”

Məmməd Musayev: “Aktual məsələləri İqtisadi Şurada müzakirəyə çıxarmalıyıq” “Azərbaycanda iqtisadi idarəetmənin səmərəliliyinin daha da artırılması məqsədilə yaradılmış İqtisadi Şura özəl sektorun inkişafında, sahibkarların üzləşdiyi çətinliklərin həllində də böyük rol oynayacaq”.
Biznes
18 Sentyabr , 2020 15:59
Məmməd Musayev: “Aktual məsələləri İqtisadi Şurada müzakirəyə çıxarmalıyıq”
Məmməd Musayev

“Azərbaycanda iqtisadi idarəetmənin səmərəliliyinin daha da artırılması məqsədilə yaradılmış İqtisadi Şura özəl sektorun inkişafında, sahibkarların üzləşdiyi çətinliklərin həllində də böyük rol oynayacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda növbəti iclasında bildirib.

O, Şura çərçivəsində bank sektoru ilə sahibkarlar arasında qurulan dialoqun verdiyi praktiki faydasından danışıb: “Biz apardığımız müzakirələr nəticəsində aktuallıq kəsb edən məsələlərin həmin Şuranın müzakirəsinə çıxarılması üçün fəal iş aparmalıyıq”.

ASK prezidenti daha sonra çıxışında bir sıra məsələlərin həllinə, xüsusilə sahibkarların dövriyyə kapitalının çatışmaqzlığının həlli, bu məsələdə çeklərlə hesablaşmalardan aktiv istifadə, bağlanmış banklarda sahibkarların qalan vəsaitlərinin qaytarılması, nağdsız hesablaşmalarda qarşıya çıxan problemlərin tənzimlənməsi, məhkəmələrdə çoxsaylı mübahisələrə baxılmasının sürətləndirilməsi, qanunvericiliklə bağlı bir sıra dəyişikliklərin aparılması kimi istiqamətlərə diqqət çəkib. O eyni zamanda təklif etdi ki, ortaya çıxan problemləri prioritetləşdirilsin və növbəti iclaslar konkret məsələlərin müzakirəsinə həsr edilsin.

Son xəbərlər

Orphus sistemi