Azərbaycanın rəqabətliliyə davamlılığının artırılması proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Milli Metrologiya Forum"unda deyib.
Onun sözlərinə görə, Azərbaycanda uzunmüddətli islahatlar aparılır: “Bu islahatların tərkib hissəsi kimi ölkəmizin rəqabət qabiliyyətinin artacağını gözləyirik. “2022-2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyası”nın Tədbirlər Planında da ölkəmizdə rəqabətin təmin edilməsi əks olunub”.
O qeyd edib ki, Azərbaycanın rəqabət qabiliyyətinin artırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində uzun yol keçilib: “Artıq qanunvericiliyə dəyişiklik paketi hazırdır. Razılaşma mərhələsindən və ölkə rəhbərinin imzalamasından sonra mövcud qanunvericilik bazasının hədəflərə, məqsədlərə və çağırışlara davam gətirmək üçün baza təkmilləşdiriləcək”.