Mayda Avrozonadakı işsizlik 7,4%-ə yüksəlib

Mayda Avrozonadakı işsizlik 7,4%-ə yüksəlib Mütləq rəqəmli ifadə ilə Aİ-də may ayında işsizlərin sayı 14,37 milyon nəfər, o cümlədən Avrozonada 12,15 milyon nəfər təşkil edib
Biznes
2 İyul , 2020 17:41
Mayda Avrozonadakı işsizlik 7,4%-ə yüksəlib

May ayında Avrozonada apreldə 7,3% səviyyəsində olan işsizlik səviyyəsi 7,4%-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə Avropanın statistika agentliyi olan “Eurostat”ın hesabatında deyilir.

“Reuters” agentliyi tərəfindən rəyi soruşulan analitiklər isə may ayında işsizliyin səviyyəsinin 7,7%-ə qədər artacağını gözləyib.

May ayında Avropa İttifaqında işsizlik səviyyəsi 6,7%-ə yüksəlib (apreldə 6,6% olub).

Xatırladaq ki, 2019-cu ilin may ayında Avrozonada işsizlik səviyyəsi 7,6%, Aİ-də isə 6,7% təşkil etmişdi.

Mütləq rəqəmli ifadə ilə Aİ-də may ayında işsizlərin sayı 14,37 milyon nəfər, o cümlədən Avrozonada 12,15 milyon nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi