Masazırda mənzillərin dövlət xətti ilə kirayəyə verilməsinə başlanılıb
Biznes
- 05 oktyabr, 2021
- 12:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İpoteka və Kredit Zəmanət Fondu Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsindəki yaşayış kompleksindən mənzillər alaraq balansına daxil edib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, 14 mərtəbəli 3 binadan ibarət olan kompleksdən 1 və 2 otaqlı, tam təmirli mənzillər vətəndaşlara təklif olunur. Onların sahəsi müvafiq olaraq 63 kvm və 87 kvm, aylıq kirayə qiymətləri isə 320 manat və 441 manatdır.
Bütün mənzillər kommunal xidmətlərlə (elektrik enerjisi, təbii qaz və su-kanalizasiya) təmin olunub, sayğaclar quraşdırılıb və mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Son xəbərlər
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
02:02
Suriya İordaniya HHQ-nin zərbələri nəticəsində beş nəfərin öldüyünü bildirib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region
00:32
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Futbol
00:21
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
Energetika
00:00
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
Daxili siyasət