Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək ​​​​​​​İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Masallıda keçiriləcək
Biznes
3 Sentyabr , 2024 14:47
Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Masallıda keçiriləcək.

“Report” KOBİA-ya istinadən xəbər verir ki, sentyabrın 13-15-də təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Masallı və ətraf bölgələrdən olan KOB subyektləri sentyabrın 9-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Masallı” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi