"Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr ciddi yüksəlişdədir. Bütün rəqəmlər bunu göstərir".
Bunu "Report"un Rusiya bürosuna eksklüziv müsahibəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.
"Statistikamıza görə, ilin ilk səkkiz ayında ölkələrimiz arasında ticarət dövriyyəsindəki artım 25,7% təşkil edib. Bu, çox böyük rəqəmdir. Ancaq əlaqələrimiz yalnız mal ticarəti ilə məhdudlaşmır. Məsələn, həm xidmətlərdə, həm turist səfərlərində, həm də investisiya layihələrinin həyata keçirilməsində görürük ki, hər yerdə böyük irəliləyiş var", - deyə M.Oreşkin vurğulayıb.
Nazir qeyd edib ki, 2019-cu ilin sonuna qədər mühüm məsələləri müzakirə və Rusiya ilə Azərbaycan arasındakı münasibətləri daha da gücləndirmək üçün Bakıya səfər etmək niyyətindədir: "Dekabrın birinci yarısında Azərbaycana növbəti səfərimi etməyi və həmkarım